Azərbaycanda yol polisinin iştirakı ilə baş verən qəzada sürücü və həyat yoldaşı ölüb.
Şəmkir Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, yol nəqliyyat hadisəsi Bakı-Qazax yolunun 389-cu kilometrliyində Şəmkir rayonunda qeydə alınıb.
Yol Patrul Xidmətinin çavuşu, 1984-cü il təvəllüdlü Malik İbad oğlu Məhərrəmovun idarə etdiyi 20 CF 267 dövlət nömrə nişanlı, “Mercedes” markalı şəxsi avtomobillə 1968-ci il təvəllüdlü İlqar İslam oğlu Aslanovun idarə etdiyi “VAZ 2101” markalı avtomobil toqquşub.
Nəticədə “VAZ-2101” markalı avtomobilin sürücüsü və həyat yoldaşı 1972-ci il təvəllüdlü Təranə Aslanova ölüblər.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
***
saat 14:36
Bu gün günorta saatlarında Bakı-Qazax magistral yolunun Şəmkir rayonundan keçən hissəsində iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.
Dövlət Yol Polisi İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, “Mercedes” və “VAZ 21011” markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər ölüb.
Şəmkir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsindən hadisə barədə daha sonra məlumat veriləcəyi bildirilib.