Yanvarın 30-da Şəmkir rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, saat 21.00 radələrində Şəmkir rayonunun Dəllər qəsəbəsində müəyyən edilməmiş avtomaşınla yolun kənarında dayanmış qəsəbə sakinləri Mehraz Vəlizadə, Yunif İsmayılov, Balakişi Əhmədov və Elmir Süleymanov vurulub. Nəticədə onlar xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla əlaqədar Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.
Oxşar hadisə yanvarın 30-da saat 23.35 radələrində SumqayıtŞ şəhərində də qeydə alınıb. Ceyranbatan bağlar yaşayış sahəsində Sumqayıt şəhər sakini Elvin Mirzəliyev idarə etdiyi "VAZ-21015" markalı avtomaşınla 3 nəfəri vurub. Piyadalar ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Onlardan Mingəçevir şəhər sakini Ramin Abbasov xəstəxanada ölüb.
Sumqayıt şəhəri ŞPİ tərəfindən araşdırmalar aparılır.