Şəmkirdə gəlin qaynının evini niyə yandırıb? - TƏFƏRRÜAT
16 noyabr 2013 13:37 (UTC +04:00)

Şəmkirdə gəlin qaynının evini niyə yandırıb? - TƏFƏRRÜAT

Şəmkirdə baş verən yanğının bəzi təfərrüatları məlum olub. Lent.az-ın “KəpəzTV”-ə istinadən verdiyi məlumata görə, hadisəyə səbəb  Şəmkir rayonunun Zəyəm qəsəbə sakini Azadə Qasımova qayını ilə uzun sürən mülk mübahisəsi olub. Məlumata görə, A. Qasımova bu yanğınla mülk mübahisənə son qoymaq istəyib. Benzin tökərək evi yandıran qadına qayını oğlu 23 yaşlı Tural Allahverdiyev mane olub. Alovun qarşısını almağa cəhd göstərən gənc müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Hazırda Şəmkir Mərkəzi rayon Xəstəxanasında müalicə olunan Tural Allahverdiyevin səhhəti kafi kimi qiymətləndirilir. Hadisə şahidlərinin sözlərinə görə bundan öncə də ailələr arasında dəfələrlə dava-dalaş olub. 


Şahid Rəna Nəbiyevanın dediyinə görə,  görə, onlar bir köhnə mülkü bölə bilmirlərmiş. “Çox məhkəmələrə getdilər. Bu məhkəmələr nəticəsində qeyri-qanuni sənədlər düzəltdilər. Qanuni sənədlərə baxan olmadı”. 


 

Xəsarət alan şəxsin atası, Hüseyn Allahverdiyev deyir ki, gəlinləri ilə mülk davası təxminən iki ildir başlayıb: “Deyir, mənə 4000 manat verin, bu evi verim sizə. Mənim pulum yoxdur, hambal işləyirəm. Mən də işdən gələndə gördüm ki, oğlumu tutub, başına benzin töküb yandırıb. Deyir, haqq edirəm. Mənim pulum var, sənin heç nəyin, heç kimin yoxdur. Amma mənim adamım da var pulum da var. Oğlumu yandırıblar. Harada görülüb ki, 24 yaşında adamın əlini tut, yandır”. 


Təqsirləndirilən şəxs, 52 yaşlı Azadə Qasımova isə qaynının iddiaları ilə heç cür razılaşmır. O bildirir ki, mülkün ona aid olması ilə bağlı həm yerli, həm də apelyasiya məhkəməsi onun xeyrinə qərar çıxarıb. Ancaq nədənsə verilən qərarlar icra olunmayıb. Səbir kasası daşan gəlin sonda evi yandırmaq qərarına gəlib: “Sonuncu çarəm idi. Öz evimi əşyalarım da içərisində olmaqla özüm yandırdım. Amma qaldı onun oğluna, o, özü-özünə böhtan atır. Mən heç vaxt elə bir şey eləmərəm. O, gəlib yanğını söndürmək istəyərkən yandı. Evdə özümdən başqa heç kim yox idi”. 


Qeyd edək ki, Azadə Qasımovanın həyat yoldaşı və bir cavan oğlu bir müddət əvvəl vəfat edib. O, iki oğlunun himayəsində yaşayır. Hazırda Şəmkir rayon Polis şöbəsində baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.

13.04.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, noyabrın 15-də Şəmkir rayonu Düyərli kənd sakini Azadə Qasımova oğlu Nicatla birgə aralarında yaranmış mübahisə zəminində Zəyəm qəsəbəsində yaşayan qohumu Hüseyn Allahverdiyevin evinə gəlib neftlə oranı yandırıb.

 

Yanğını söndürərkən H. Allahverdiyevin oğlu Tural yanıq xəsarəti alıb.

 

Faktla bağlı araşdırma aparılır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2662
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar

Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21
AUE-ni  təbliğ edirdi, həbs olundu

AUE-ni təbliğ edirdi, həbs olundu

14 dekabr 2024 , 10:00