Şəmkirdə iki maşın toqquşdu: 1 yaralı
12 iyun 2016 22:23 (UTC +04:00)

Şəmkirdə iki maşın toqquşdu: 1 yaralı

0

Bakı-Qazax magistral yolunda sürücünün xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.



APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə magistral yolun Şəmkir rayonu ərazisindən keçən ərazisində qeydə alınıb.

 

“Mercedes” və “VAZ  2106” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ”-ın sürücüsü, Şəmkir rayon sakini, Əhliman Məmmədov müxtəlif bədən xəsarətləri alaraq Şəmkir mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

 

Onun vəziyyətinin normal olduğu bildirilir.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi idarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 369

Oxşar yazılar