Şəmkir rayonunda bədbəxt hadisə baş verib. Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, avqustun 24-də rayonun Çaylı kəndində kənd sakini Mobil Ələkbərovu elektrik cərəyanı vurub. M.Ələkbərov elektrik cərəyanı vurması nəticəsində hadisə yerində keçinib.
Faktla bağlı araşdırma aparılır.