Şəmkir sakini ehtiyatsızlıqdan özünü güllələyib.
Lent.az-ın Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, yanvarın 6-da Şəmkir rayonunun Ələsgərli kənd sakini Eldəniz Vəliyev ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəşdən xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Şəmkir RPŞ əməkdaşları tərəfindən hadisə yerindən “BUM” markalı tüfəng götürülüb.