Selin bağladığı Quba-Xınalıq yolu açılıb
02 avqust 2015 23:17 (UTC +04:00)

Selin bağladığı Quba-Xınalıq yolu açılıb

0

Quba rayonunun Xınalıq kəndi ərazisində yağan güclü yağış nəticəsində bağlanan Quba-Xınalıq yolu açılıb.

 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, selin gətirdiyi palçıq və daşların örtdüyü yolun 56-cı km-də hərəkət tamamilə bərpa olunub. Əraziyə Quba 6 saylı Yol İstismar Sahəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.

\

Xınalıq İnzibati Ərazi Vahidliyinin sədri Fizuli Şərifov deyib ki, sel nəticəsində kənd sakinlərinə məxsus 40-dək xırdabuynuzlu, 10-12 ədəd iri buynuzlu heyvan tələf olub. Sel kənd daxili bir körpünü də uçurub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 366

Oxşar yazılar