Şəkidə kütləvi dava
20 iyul 2013 13:16 (UTC +04:00)

Şəkidə kütləvi dava

Şəkidə kütləvi dava olub. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə dünən qeydə alınıb.


 

Vələt Hümbətova məxsus taxta sexinin əmək haqlarını ala bilməyən işçiləri öz haqlarını tələb etmək istəyərkən sexin rəhbər şəxsləri ilə dava düşüb. Nəticədə Aşağı Göynük kənd sakinləri - Rəhimov Taleh, Rəhmanov Məcnun, Abbasov Gündüz, Şabanov Habil, Yusifov Elman, Mustafayev Pərviz, Məmmədov Pərvin döyülüblər. Hadisə yerinə çoxlu sayda polis qüvvələri cəlb olunub.

 

Davanın iştirakçılarını ayırmaq istəyən polis leytenantı Adil Abdulkərimov da müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəstəxanadan verilən məlumata görə, xəsarət alanların vəziyyəti normaldır.

 

Hadisə ilə əlaqədar Şəki şəhər Polis Şöbəsində araşdırmalara başlanılıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1387
avatar

Oxşar yazılar