Şəkidə atdan yıxılan 25 yaşlı oğlan xəsarət aldı
13 iyun 2016 23:30 (UTC +04:00)

Şəkidə atdan yıxılan 25 yaşlı oğlan xəsarət aldı

Şəkidə 25 yaşlı gənc atdan yıxılaraq ağır xəsarət alıb.

 

Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, iyunun 13-ü günorta saatlarında rayonu Şəki kənd sakini, 1991-ci il təvəllüdlü İsmayıl Mikayıl oğlu Kamalov qarnının küt travması xəsarəti ilə xəstəxanaya daxil olub.

 

Həkim müayinəsi zamanı məlum olub ki, 25 yaşlı İ. Kamalov yaşadığı kəndin ərazisində at çapan zaman atdan yıxılıb. Zərbənin gücündən İ. Kamalovun dalağı partlayıb. İ. Kamalovun üzərində cərrahiyə əməliyyatı aparılaraq dalağı çıxarılıb. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən İ. Kamalovun vəziyyətinin orta-ağır olduğu bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 142
avatar

Oxşar yazılar