Şəki Rayon Mərkəzi Xəstəxanasından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, iyulun 25-dən 26-a keçən rayonun Qayabaşı kənd sakini, 1936-cı il təvəllüdlü Məmməd Qurban oğlu Əliyev ilan sancması ilə xəstəxanaya daxil olub.
Məlum olub ki, 79 yaşlı Məmməd Əliyev gecə saatlarında yaşadığı evin həyətyanı sahəsində gəzərkən ilan qəfildən onun sol ayağının baldır nahiyəsindən sancıb.
Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Məmməd Əliyevə lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir.