Şəkidə 40 yaşlı kişi zəhərlənmədən öldü
06 avqust 2015 00:48 (UTC +04:00)

Şəkidə 40 yaşlı kişi zəhərlənmədən öldü

0

Şəkidə 2-ci qrup əlil  alkoqol zəhərlənməsindən ölüb.

 

Şəki Şəhər Rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, avqustun 5-i, axşam saatlarında 1975-ci il təvəllüdlü İsmayıl Bəşir oğlu Əliyevin meyiti yaşadığı Şəki şəhəri, Şəhriyar küçəsi 2/4 ünvanında  aşkarlanıb.

 

Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarının müayinəsi zamanı 40 yaşlı İsmayıl Əliyevin alkoqol zəhərlənməsindən ölməsi müəyyən olunub. Məlumatda bildirilir ki, İsmayıl Əliyev subay, 2-ci qrup əlil olmaqla həm də tüfeyli həyat tərzi sürüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 357

Oxşar yazılar