Şəki sakinini tok vurub öldürdü
25 iyul 2015 01:19 (UTC +04:00)

Şəki sakinini tok vurub öldürdü

0

Şəkidə 44 yaşlı kişi elektrik cərəyanı vurması nəticəsində ölüb.

 

Şəki Şəhər-Rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Şəki şəhər sakini 1971-ci il təvəllüdlü Vaqif Sani oğlu Mustafazadə şəhərin 30-cu rayon Musabəyev 13 ünvanında iş görən zaman onu elektrik cərəyanı vurub. Hadisə nəticəsində ağır elektroşok travması alan 44 yaşlı Vaqif  Mustafazadə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırıldıqdan bir qədər sonra ölüb.

 

Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 351

Oxşar yazılar