Şəki sakinini it dişlədi
28 may 2017 23:03 (UTC +04:00)

Şəki sakinini it dişlədi

0

Şəki sakinini it dişləyib.

 

Şəki Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala  bürosuna verilən məlumata görə, mayın 28-i axşam saat 21  radələrində rayonun Suçma kənd sakini, 1993-cü il təvəllüdlü Günay Fədai qızı Rəsulova it dişləməsi xəsarətləri ilə xəstəxanaya daxil olub.

 

Müayinə zamanı məlum olub ki, 24 yaşlı Günay Rəsulova yaşadığı ünvanda ailəsinə məxsus iti bağlamaq istəyən zaman it onun hər iki əlindən dişləyib. G. Rəsulovaya müvafiq tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd edildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 393

Oxşar yazılar