Şəki sakini sirkə turşusundan zəhərləndi
03 iyul 2016 21:17 (UTC +04:00)

Şəki sakini sirkə turşusundan zəhərləndi

0

Şəkidə 21 yaşlı qadın sirkə turşusundan zəhərlənib.

 

Şəki Rayon Mərkəzi Xəstəxanasından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, iyulun 3-ü saat 17 radələrində Şəki şəhəri Şəkinski küçəsi 20A/33 ünvanında yaşayan, 1995-ci il təvəllüdlü Fidan Mübariz qızı İlyaszadə güclü zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub.

 

Xəstəxanada F. İlyaszadəyə lazımi ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti ağır olduğu üçün Respublika Toksikologiya Mərkəzinə göndərilib.  Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 341

Oxşar yazılar