Səhər işə gedən kişiyə çaqqal hücum edib
Zaqatalada səhər tezdən işə gedən 43 yaşlı kişiyə çaqqal hucum edib.
APA-nın şimal-qərb bürosunun məlumatına görə, bu gün səhər saat 06 radələrində rayonun Mosul kənd sakini, 1976-cı il təvəllüdlü Həzrətəli İslam oğlu Rəşidov
çaqqal dişləməsi xəsarəti ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
Tibb müəssisəsindən bildirilib ki, H.Rəşidov səhər işə getmək üçün yaşadığı evin həyətyanı sahəsinə daxil olmaq üçün istifadə olunan qapıdan küçəyə çıxan zaman çaqqalın hucumuna məruz qalıb. Çaqqal onun döş qəfəsinin sol nahiyəsini bir-neçə yerdən dişləyərək xəsarət yetirib.
H.Rəşidova xəstəxanada lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə qarşı peyvənd vurulub. H.Rəşidov həkim nəzarətində olmaq şərti ilə ambulator müalicəyə buraxılıb.
770