Səfir sərt danışdı: "Viza tətbiq etmək istəyirlərsə, buyursunlar!" - YENİLƏNİB
16 oktyabr 2013 22:47 (UTC +04:00)

Səfir sərt danışdı: "Viza tətbiq etmək istəyirlərsə, buyursunlar!" - YENİLƏNİB

“Baş verənlər mənim üçün iki fərqli tarixdir. Birincisi, baş verən qətl, ikincisi isə meyvə-tərəvəz bazası ilə başlanan olaylar. Bütün baş verənlər Rusiya KİV-ləri tərəfindən isterika vəziyyətinə gətirilib çıxarılıb”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu “Dojd” telekanalına müsahibəsində deyib.

 

 

"Konsul dəstəyi tələb edəcəyik"

 

 

Səfir qətlə yetirilən Yeqor Şerbakovun ailəsinə və yaxınlarına başsağlığı verib: “Təəssüflər olsun ki, bu olayla hansısa azərbaycanlının əlaqəsi var. Azərbaycan vətəndaşının bu işdə günahının olub-olmamasını məhkəmə müəyyən edəcək. Məhkəməyə qədər baş verənlər, yazılanlar hamısı mənasız şeylərdir. Hazırda bizdə iş günü deyil. İki gün Qurban bayramı ilə əlaqədar iş günü deyildi. Biz sabah Rusiya Xarici İşlər Nazirliyinə nota göndərəcəyik, konsul dəstəyi tələb edəcəyik. Qətldə şübhəli bilinən şəxs vəkillə və lazım olduğu təqdirdə tərcüməçi ilə təmin olunmalıdır”.

 

P. Bülbüloğlu qeyd edib ki, səfirlik bu hadisədən xəbər tutan kimi Azərbaycanın Daxili İşlər Nazirliyinin Rusiyadakı nümayəndəsi Rusiya hüquq-mühafizə orqanlarını dərhal lazımi informasiyalarla təmin edib. “Hətta o da Rusiya hüquq-mühafizə orqanlarının diqqətinə çatdırıb k, qətldə şübhəli bilinən şəxs Azərbaycan vətəndaşı olduğundan Azərbaycana gedəcəyi təqdirdə, bütün lazımi tədbirlər görüləcək. Qeyd etmək istəyirəm ki, qətldə şübhəli bilinən şəxs Azərbaycanda axtarışda olmayıb. Onun güya Azərbaycanda da qətl törətdiyi və axtarışda olması haqda infomasiya tamamilə yanlışdır”.

 

Səfir Polad Bülbüloğlu Orxan Zeynalovun həbsi zaman Rusiya telekanallarında yayımlanan videogörüntülərə də münasibət bildirib. Səfir bunun xoşagəlməz hal olduğunu söyləyib. “Bu, məhkəmə-hüquq qaydaları kodeksinin pozulması deməkdir. Bütün hüquq müdafiəçiləri internetdə yazır ki, baş verənlər insan hüquqlarının pozulmasıdır. O, xarici ölkə vətəndaşıdır. Ona lazımi qaydada münasibət olmalıydı. Hər şeydən əvvəl ona konsul dəstəyi göstərilməli idi, vəkil və tərcüməçi ilə təmin olunmalı idi. Əgər həmin insan günahkardırsa, qanun çərçivəsində layiqli cəzasını almalıdır”.

 

 

"Bu hadisənin ətrafında hansı isterikanı düzəltdilər"

 

 

P. Bülbüloğlu bu qətlin məişət zəminində baş verdiyini vurğulayıb: “Moksvada və dünyanın bir çox meqapolislərində hər gün bu cür qətllər baş verir. Bu nadir hallarda baş verən hadisə deyil. Baxın görün, bu hadisənin ətrafında hansı isterikanı düzəltdilər. Bildirmək istəyirəm ki, bu gün Moskvada Azərbaycan vətəndaşını öldürüblər. 1986-cı il təvəllüdlü Qaraxanlı Ruslan Arif oğlunun cəsədi bir dayanacaqdan tapılıb. Heç kim heç nə bilmir. Bu baş verən hadisəyə cavab olub, ya yox... Milli zəmində baş verən qətllər isə, əskinə, nadir hadisə olur. İnsanı dərisinin rənginə, milliyyətinə görə öldürürlər. Bax, bu nadir hadisədir. 2012-ci ildə Moskvada Mətin Mehdiyev adlı bir azərbaycanlı gəncimizi öldürdülər. Dükandan çıxarkən küçədə bıçaqlayıb öldürdülər. Biz həmin vaxt bu hadisədən isterika düzəltmədik ki?!

 

 

"Biz “rusları qovun ölkədən” demədik"

 

 

Bakıda 2012-ci ildə milliyətcə rus olan Boris Sergeyeviç adlı bir şəxs içkili vəziyyətdə qonşuluğunda yaşadığı azərbaycanlı Xəlilov soyadlı birisini bıçaqlayaraq qətlə yetirib. Bizim də mətbuatımız, TV-lərimiz və imkanlarımız var idi ki, xalqı ayağa qaldıraq, “rus azərbaycanlını öldürdü”, “rusları qovun ölkədən” deyək. Biz bunu eləmirdik axı...

 

 

"Bu, bumeranq kimi bir şeydir"

 

 

Demək istəyirəm ki, belə məşiət zəminində baş verən hadisələr hər zaman olub, olur və olacaq. Lakin bundan siyasi ranqda, xalqa qarşı isterika yaratmaqda istifadə etmək bumeranq kimi bir şeydir. Rusiya çoxmillətli, çoxkonfensiyalı ölkədir. Belə şeylər etmək olmaz”.

Səfir Azərbaycandan olan miqrantlarla bağlı sualı belə cavablandırıb: “Azərbaycandan Rusiyaya miqrant axını son illər kəskin azalıb.Azərbaycanın özündə bu gün işçi qüvvəsinə ehtiyac var. Mən keçən yay aylarında Qəbələ və Şəki rayonlarında oldum. Bu rayonların rəhbərləri deyirdilər ki, tikintidə işləmək üçün adam tapılmır. Halbuki, həmin işçilərə aylıq əmək haqqı olaraq 500 manata qədər məvacib verilir. Hazırda Moskva və Rusiyanın digər regionlarında Azərbaycandan nə qədər miqrant olduğunu söyləyə bilmərəm. Amma onu deyə bilərəm ki, o biri ölkələrdən fərqli olaraq bir vaxtlar Azərbaycandan iş dalınca gedənlər indi öz ölkələrinə geri qayıdırlar”.

 

 

"Viza tətbiq etmək istəyirlərsə, buyursunlar etsinlər"

 

 

Baş verən qətl hadisəsinin “Pokrov” meyvə-tərəvəz bazası ilə əlaqəsini şərh edən səfir bilirib ki, Yeqor Şerbakovun qətlə yetirilməsi hadisəsi ilə meyvə-tərəvəz bazasının bağlanmasını əlaqələndirmək düzgün deyil: “Bir sual vermək istəyirəm. Bu qətli törətməkdə şübhəli bilinən Zeynalov kosmik zavodda işləsəydi, həmin zavodu bağlayacaqdılar?! Aydın məsələdir ki, meyvə-tərəvəz bazasının ətrafında yaşayan sakinlər narahatdırlar. Bunu baş verən məişət zəminində qətllə bağlamaq düzgün deyil. Mən, əsla Zeynalovun müdafiə etmək istəmirəm. Təqsiri sübuta yetiriləcəyi təqdirdə, o, layiqli cəzasını alacaq. Belə məişət zəminində qətllər meqapolislərdə hər gün, bəlkə də hər saat baş verir. Bundan isteriya düzəltmək düzgün deyil. Mən sizə işdən Rusiyada məişət zəminində qətlə yetirilən azərbaycanlıların adlarından ibarət bir qovluq gətirə bilərəm. Biz bunu eləmirik axı! Bəyəm rus rusu öldürmür?! Baş verənləri milli məsələyə çevirmək lazım deyil. Təəssüflər olsun ki, bunlar baş verir. Baş verənləri dövlətlərarası səviyyəyə qaldırmaq düzgün deyil. Mən səfir kimi Rusiyanın daxili işlərinə qarışa bilmərəm. Demək istəyirəm ki, “Pokrov” meyvə-tərəvəz bazası 40 ildir ki, fəaliyyət göstərir. Bu vaxta kimi heç kəs orda zibilin daşınmamasını və digər çatışmamazlıqları görmürdü? Miqrasiya xidməti qoy bununla məşğul olsun! Viza tətbiq etmək istəyirlərsə, buyursunlar etsinlər. Çox güman ki, kimlərinsə burda biznes marağı var. Yəqin ki, həmin baza bağlanacaq. Sonra isə həmin ərazidə nəsə tikəcəklər. Bu mənim işim deyil, bu haqda heç danışmaq da istəməzdim”.

 

 

"Niyə iğtişaş qətldən 3 gün sonra başlayır?"

 

 

Səfir Qərbi Biryulevoda məlum qətl hadisəsindən sonra baş verənlərə belə münasibət bildirib: “Qətl hadisəsi oktyabrın 10-da baş verib. Nədənsə iğtişaşlar 3 gün sonra başlayıb. Biryulevo rayonunda baş verən hadisələr zamanı saxlanılanların əksəriyyəti o rayonun sakinləri deyil, digər rayonlardan gələnlərdir. Niyə digər rayonlardan insanlar gələrək başını OMON-un dubinkasının altına qoyur? Normal insan bunu edərmi? Bunu eləmək üçün gərək insan öyrədilsin, motivasiya olunsun. Bu, o deməkdir ki, baş verən hadisələr üçüncü bir qüvvə üçün vacib idi. Azərbaycanla  Rusiyanın arasını vurmaq istəyirlər. Əgər bir siyasətçi kimi soruşursunuzsa, bu Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfərinə cavab idi. Bu iki ölkə və xalq arasında münasibətləri gərginləşdirmək üçün edilmişdi. Qabaqcadan demək istəyirəm ki, bu, alınmayacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8076
avatar

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21