“ABŞ TAP layihəsini tam dəstəkləyir”. APA-nın məlumatına görə, bu bəyanatla ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar çıxış edib. “Şahdəniz” konsorsiumunun Azərbaycan qazının Avropa bazarına nəqli layihəsinin rəsmi elan olunmasına həsr edilmiş mərasimdə çıxış edən səfir “Şahdəniz” konsorsiumunu, TAP konsorsiumunu və bu layihələrə cəlb olunan ölkələri təbrik edib: “Bu, layihənin reallaşması istiqamətində mühüm andır”.
Səfir qeyd edib ki, ABŞ layihə seçimində neytral mövqedən çıxış edir və Azərbaycan qazının Avropa bazarına daha az həcmdə nəql etmək imkanına malik TAP layihəsini də dəstəkləyəcək.