Bakıda 4 gün əvvəl avtomobillə vurulan şəxs xəstəxanada dünyasını dəyişib.
Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iyulun 24-də Səbail rayonu ərazisində Şəki şəhər sakini Zöhrab İsayev idarə etdiyi “Daewoo” markalı avtomobillə yolu keçən Tərtər rayon sakini Əli Həsənzadəni vurub. Nəticədə piyada xəstəxanaya yerləşdirilib və iyulun 27-də orada ölüb.