Sarah qəsəbəsində bələdiyyə sədri, 39 yaşlı Vəsilə Həsənovanı və həyat yoldaşı Vəfadar Həsənovu amansızlıqla qətlə yetirən Fədai Hüseynovla bağlı bəzi məqamlar məlum olub. Lent.az-ın məlumatına görə, 35 yaşlı F.Hüseynov ailəyə çox yaxın şəxs olub. Ev və torpaq alqı-satqısı ilə məşğul olan F.Hüseynov gecə saatlarında həsənovların evinə gəlib və hələlik dəqiqləşməmiş səbəblərdən mübahisə yaranıb. Mübahisə zəminində o, V.Həsənovanı kəsici, onun həyat yoldaşını isə odlu silahla qətlə yetirib.
O da bildirilir ki, F.Hüseynov ər və arvadını uşaqların gözü qarşısında qətlə yetirib.
Hazırda qətlin səbəbləri və cinayət əməlində başqa şəxs və yaşəxslərin iştirak edib-etməməsi araşdırılır.
*****
11:23
APA-nın məlumatına görə, həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində qətli törədən şəxsin Saray qəsəbə sakini, 1980-cı il təvəllüdlü Fədai Güloğlan oğlu Hüseynov olması müəyyən edilib və o saxlanılıb.
**
11:10
Abşeron rayonunda törədilmiş dəhşətli qətlin bəzi təfərrüatları məlum olub. Lent.az xeberle.com-a istinadən məlumat verir ki, qatillər V.Həsənovanın başını kəsib, həyat yoldaşını isə güllə ilə ürəyindən vurublar. Üstəlik, izi itirmək üçün evi yandırıblar. Hazırda mərhumların meyitləri Sumqayıt şəhər 1 saylı təcili tibbi yardım xəstəxanasının morqundadır.
*****
11:03
Abşeron rayonu Saray qəsəbəsində baş vermiş dəhşətliqətl hadisəsi ilə bağlı bəzi məqamlar aydınlaşıb. Lent.az-ın məlumatına görə, iyunun 8-nə keçən gecə Saray ərazisindəki fərdi yaşayış evində qəsəbə bələdiyyəsinin sədri Həsənova Vəsilə Arif qızı və həyat yoldaşı Vəfadar Həsənov naməlum şəxs və ya şəxslər tərəfindən qətlə yetirilib.
Hazırda dəhşətli cinayət əməli ilə bağlı zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
*****
10:41
Abşeron rayonunda dəhşətli qətl törədilib.
APA-nın məlumatına görə, hadisə Saray qəsəbəsində qeydə alınıb. Qəsəbə bələdiyyəsinin sədri və onu həyat yoldaşı yaşadığı evdə qətlə yetirilib. Baş vermiş hadisə ilə bağlı əməliyyat qrupu yaradılıb, cinayət işi başlanıb, istintaq gedir.