Samux rayonunda yaşayış evində yanğın olub. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, rayonun Çobanabad kəndində vətəndaşa məxsus ümumi sahəsi 140 m² olan birmərtəbəli 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları 84 m² sahədə və 1 otağının tavanı 20 m² sahədə yanıb.
Evin qalan hissəsi və yaxınlıqdakı tövlə yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.