Samuxda iki nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Çobanabdallı kəndinə gedən yolda qeydə alınıb. “VAZ 2106” ilə “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ”-ın sürücüsü Samux rayon Çobanabdallı kənd sakini, 1978-ci il təvəllüdlü Ramin Məmmədov və sərnişini, 1986-cı il təvəllüdlü Zəfər Məmmədov müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Onlara dərhal tibbi yardım göstərilib. R. Məmmədovun vəziyyəti ağır olduğundan o reanimasiya şöbəsinə yerləşdirilib. Z. Məmmədovun vəziyyəti isə orta ağırdır.
Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırma aparılır.
***** 00.49
Samux rayon sakini avtomobil qəzası zamanı xəsarət alıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Çobanabdallı kənd sakini, 1978-ci il təvəllüdlü Ramin Məmmədov qabırğaların sınığı xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib.
R. Məmmədovu xəstəxanaya gətirən şəxsin bildirdiyinə görə, dostu avtomobil qəzası zamanı xəsarət alıb. Hadisənin təfərrüatları hələlik məlum deyil.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.