Bu gün Şamaxı rayonunda "Mitsubishi" markalı avtomobil uçuruma düşüb. Qəza nəticəsində bir nəfər ölüb, 3 nəfər yaralanıb.
ANS PRESS-in xəbərinə görə, rayonun Təzəgünəşli kəndi ərazisində qəzaya düşənlər jurnalistlər olub.
Məlumata görə, onlar 54 yaşlı Əzizov Fikrət Nazim oğlu "Kommunist" qəzetinin redaktoru, 51 yaşlı Vəliyeva Cahan "Açıq Səma" qəzetinin redaktoru, 51 yaşlı Salahova Tehran Nazim qızı "Xalq Mədəniyyəti" jurnalının redaktoru olub. Daha bir yaralı isə 54 yaşlı Atakişiyeva İlhamə Xankişi qızıdır.
Avtomobilin yoldan çıxaraq 50 metrlik uçuruma düşməsi ilə nəticələnən qəzada Əzizov Fikrət Nazim oğlu dünyasını dəyişib.