Körpə qız darvazanın altında qaldı
18 avqust 2014 12:09 (UTC +04:00)

Körpə qız darvazanın altında qaldı

0

Şamaxıda bədbəxt hadisə baş verib. Lent.az-ın Kanal S-ə istinadən verdiyi xəbərə görə, şəhərin Bakı küçəsində yaşayan 2011-ci il təvəllüdlü Piriyeva Xədicə Mətləb qızının üzərinə dəmir qapı aşıb. Hadisə X.Piriyeva həyətdə oynayarkən baş berib.   

 

Ağır dəmir parçasının altında qalan uşağın səsinə yaxınlıqda olan insanlar gəlib. Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya Şöbəsinə yerləşdirilən 3 yaşlı X.Piriyeva kəllə-beyin travması alıb.

 

X.Piriyevanın vəziyyəti ağır qiymətləndirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1899

Oxşar yazılar