Şamaxıda 3 otaqlı ev yanıb.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, Şamaxı rayonu, Göylər kəndində vətəndaşa məxsus ümumi sahəsi 126 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.