Şamaxıda gün ərzində ikinci zəlzələ qeydə alınıb.
Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, saat 11:56 radələrində Şamaxıda Pirquludan 11 km cənubda zəlzələ baş verib.
Zəlzələ Şamaxıda 3.0 bala qədər hiss olunub. Tikililərdə dağıntılar yoxdur.
Qeyd edək ki, bu gün saat 10:21 radələrində Şamaxıda Pirquludan 11 km cənubda zəlzələ qeydə alınıb. Şamaxıda 3.0 bala qədər hiss olunub.