Salyanda bir nəfərin ölümü ilə, iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Bu barədə BDYP-nin müstəntiqi APA-nın Mil-Muğan bürosuna verdiyi məlumata görə, bu gün saat 19.00 radələrində Şirvan-Salyan avtomagistralında Salyan rayonunun Yolüstü kəndinin ərazisində ağır avtomobil qəzası baş verib. Salyan rayon sakini 1963-cü il təvəllüdlü Cəfərov Zaur Mirzəxan oğlu idarə etdiyi VAZ 2106 markalı 18 BB 969 dövlət nömrə nişanlı avtomobili böyük sürətlə yolun kənarında betondan inşa edilmiş kəndin adı olan sütuna çırpıb. Nəticədə sürücü Şirvan şəhər xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib. Avtomobildə olan sərnişinlər Salyan rayon sakini 1989-cu il təvəllüdlü Cəfərov Şamil Mirzəxan oğlu və Şirvan şəhər sakini 1967-ci il təvəllüdlü Həşimov İlham İslam oğlu müxtəlif bədən xəsarətləri ilə Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı BDYP-nin istintaq idarəsi tərəfindən araşdırma aparılır.