Salyanda yeniyetmə oğlan anasını bıçaqla qətlə yetirib.
Salyan polis şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, Salyan şəhəri İ. Qurbanov küçəsində yaşayan 1998-ci il təvəllüdlü Həsənov Hüseyn Rövşən oğlu ailə münaqişəsi zəminində anası 1974-cü il təvəllüdlü Həsənova Gülarə Tofiq qızına çoxsaylı bıçaq zərbəsi yetirib. Yaralı Salyan rayon xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. O, aldığı bıçaq xəsarətlərində xəstəxanada dünyasını dəyişib.
Hüseyn Həsənov polis tərəfindən saxlanılıb.