Salyan rayonunda bıçaqlanma hadisəsi baş verib.
Lent.az-ın “report”-a istinadən xəbərinə görə, hadisə axşam saatlarında, rayonun "Plastik" yaşayış massivi adlı ərazisində qeydə alınıb. Belə ki, həmin yaşayış massivinin sakini, 31 yaşlı Elvin Cuma oğlu Ovezberdiyev qonşusu tərəfindən sol döş qəfəsi nahiyəsindən 2 bıçaq yarası alıb.
Yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılaraq əməliyyat olunub. Reanimasiya şöbəsinə yerləşdirilən yaralının vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.