Ələt-Astara avtomobil yolunun Salyan şəhərindən keçən 58-ci kilometrliyində “Priora” və “Nissan” avtomaşınlarının toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az Virtualaz.org-a istinadən xəbər verir ki, Bakı istiqamətində hərəkət edən 99 BX 623 dövlət nömrə nişanlı “Nissan” markalı maşın 99 HN 047 dövlət nömrə nişanlı “Priora “ markalı avtomaşınla toqquşub. Hadisə nəticəsində xəsarət aldıqları üçün “Nissan”ın Bakı şəhər sakini olan sürücüsünün həyat yoldaşı, 61 yaşlı Qəmbərova Sama Poladxan qızı və onun bacısı, 44 yaşlı Şəbiyeva Zeynəb Poladxan qızı Salyan Rayon Mərkəzi Rayon Xəstəxanasına gətilriliblər. Xəstələrin ətraf nahiyələrinin əzildiyi bildirilir.
Hadisə nəticəsində “Priora” yoldan səkiyə çıxsa da, xoş təsadüfdən piyadalardan xəsarət alan olmayıb.
Faktla bağlı DYP-də araşdırmalara başlanılıb.