Salyan rayonunda evin dam örtüyü yanıb.
Lent.az FHN-nin saytına istinadən xəbər verir ki, Salyan rayonu, Yenikənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan köməkçi tikilinin qamışdan ibarət dam örtüyü 45 kv.m sahədə yanıb. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Tikilinin qalan hissəsi və yaxınlıqdakı ot tayası yanğından mühafizə olunub.