20 yaşlı Bəhruz Qəmbərov idarə etdiyi “VAZ 2106” markalı avtomobillə Astara istiqamətində hərəkətdə olarkən əks istiqamətdən gələn Lənkəran sakini, 43 yaşlı Mübariz Yolçu oğlu Rufullayevin idarə etdiyi “KAMAZ” markalı yük maşını ilə toqquşub.
Nəticədə “VAZ 2106” yoldan kənara çıxaraq aşıb. Qəza zamanı minik avtomobilinin sürücüsü xəsarətsiz almasa da avtomobildə olan sərnişin Masallı rayon sakini, 58 yaşlı Nənəcan Daxıl qızı Qasımova hadisə yerində ölüb. Onun əri 53 yaşlı Qulamhüseyn Həşim oğlu Qasımov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan rayon mərkəzi xəstəxanasına çatdırılaraq ilk tibbi yardımdan sonra travmatologiya şöbəsində yerləşdirilib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
***
APA-nın cənub bürosunun məlumatına görə, hadisə bu gün saat 19.00 radələrində Ələt-Astara magistralının 82-ci kilometrliyində, rayonun Şorsulu kəndindən keçən hissəsində qeydə alınıb. Sürücülərinin şəxsiyyəti hələlik məlum olmayan “VAZ-2106” markalı minik avtomobili ilə “KamAZ” markalı yük maşını toqquşub. Nəticədə “VAZ-2106”-nın sərnişinlərindən bir nəfər hadisə yerindəcə dünyasını dəyişib, daha bir nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Hazırda faktla bağlı hadisə yerində araşdırma aparılır.