Salam vermədiyi üçün tanışını qətlə yetirdi
Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 1990-cı il təvəllüdlü Babək Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.
Məhkəmənin hökmü ilə B.Həsənov 17 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən il Sumqayıtda baş verib. Babək Həsənov tanışı Aydın Seyidovu qətlə yetirib. Bildirilib ki, qətlə səbəb A.Seyidovun B.Həsənova salam verməməsi olub.
Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibbi ekspertizası təyin edilib.
Babək Həsənov şübhəli şəxs qismində tutulub və törətdiyi əməli etiraf edib. O, dəmirçi işlədiyi üçün həmin alətdən peşəsi ilə əlaqədar istifadə etdiyini bildirib.
B.Həsənova qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
686