Sabirabad sakinindən 30 ədəd çətənə kolu və 3,2 kiloqram marixuana götürülüb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Sabirabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qaratəpə kənd sakini, 1988-ci il təvəllüdlü Ramil Rahid oğlu Əhmədovdan üzərindən 0,1 qram heroin götürülüb. Onun həyətinə baxış keçirilən zaman oradan aqrotexniki qaydada qulluq edilərək yetişdirilən 23 ədəd, evindən 7 ədəd narkotik vasitə olan çətənə kolu və 3,2 kiloqram qurudulmuş marixuana aşkar edilərək
götürülüb.
Faktla bağlı Sabirabad RPŞ-də cinayət işi başlanıb, araşdırma aparılır.