
Nazirlikdən şagirdlərin aksiyasına MÜNASİBƏT
Təhsil Nazirliyi Biləsuvar şəhər məktəb-liseyində şagirdlərin aksiya keçirməsi barədə xəbərlərə münasibət bildirib.
Lent.az xəbər verir ki, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bəzi saytlarda yayılan videogörüntünün aprelin 25-nə aid olduğunu qeyd edib.
Onun sözlərinə görə, K.Ağayev adına Biləsuvar şəhər texniki fənlər təmayüllü internat tipli məktəb-liseyin fəaliyyəti ilə bağlı Təhsil Nazirliyinə daxil olmuş şikayətlərin araşdırılması məqsədilə nazirliyin müvafiq komissiyası mart-aprel aylarında məktəb-liseydə xidməti araşdırma aparıb, məktəb-liseyin direktoru vəzifəsini müvəqqəti icra edən Natəvan Əzizovanın fəaliyyətində ciddi nöqsanlar aşkar edib. Bununla bağlı komissiyanın rəyinə əsasən Natəvan Əzizova barədə müvafiq intizam tənbehinin tətbiq edilməsi və məktəb-liseyə yeni direktorun təyin olunması qərara alınıb:
"Təhsil nazinin əmri ilə Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksində coğrafiya müəllimi vəzifəsində çalışan, habelə Təhsil Nazirliyinin dərsliklərin qiymətləndirilməsi və monitorinqi qrupunun eksperti Mehman Əliyev həmin məktəb-liseyin direktoru vəzifəsinə təyin edilib. Mehman Əliyevin məktəb kollektivinə təqdim edilməsindən bir gün əvvəl məktəbin direktor əvəzi şagirdlərin növbə dəyişməsi zamanı məktəb qarşısında toplaşmasından istifadə edərək bunu şagirdlərin etirazı kimi təqdim etməyə çalışıb".
C.Valehov hazırda internat-məktəbində təlim-tərbiyə prosesinin öz axarı ilə davam etdiyini bildirib.
Oxşar yazılar

Bakıda "Jiquli" "BMW"-yə çırpıldı, xəsarət alanlar var
22 aprel 2025 , 01:16
Cəlilabadda FACİƏ: 8 yaşlı uşaq hasarın altında can verdi
21 aprel 2025 , 22:15
Sumqayıt tekstil fabrikində zəhərlənənlərin sayı 21 nəfərə çatdı - YENİLƏNİB
21 aprel 2025 , 20:28
14 yaşlı qız tualetdə doğduğu körpəni zibil qutusuna atdı
21 aprel 2025 , 19:59
Ağcabədidə DƏHŞƏT: Küçədəki ağacdan özünü asdı
21 aprel 2025 , 19:20
Dəvəquşu fermasının sahibi özünü güllələdi
21 aprel 2025 , 19:17Göygöldə 43 yaşlı kişi fermada FACİƏLİ şəkildə öldü
21 aprel 2025 , 18:01