Şagirdini zorlamaqda ittiham edilən müəllim saxlanıldı - Şamaxıda
14 may 2016 00:03 (UTC +04:00)

Şagirdini zorlamaqda ittiham edilən müəllim saxlanıldı - Şamaxıda

0

Şamaxı rayon Pirbəhli kənd orta məktəbində şagirdini zorlamaqda ittiham edilən müəllim Elnur İbrahimov saxlanılıb.

 

Bu barədə ANS TV-nin rayona ezam olunan əməkdaşı məlumat verib.

 

25 yaşlı Elnur İbrahimovun ailəlidir və 2 uşaq atasıdır. E.İbrahimovun Pirbəhli kənd orta məktəbində 4 ildir ki, işlədiyi bildirilir.

 

Rayonun Pirbəhli kənd məktəbinin 15 yaşlı 9-cu sinif şagirdi müəllimi İbrahimov Elnur Həsənağa oğlundan hamilə qalıb, onun hamiləliyin artıq 7-ci ayında olduğu bildirilir. Məktəblinin valideynləri dəfələrlə hüquq-mühafizə orqanlarına müraciət etsələr də, cinayətin açılmasına E.İbrahimovun mane olduğu bildirilir.

 

Məlumata görə, Şamaxı rayon məhkəmə tibb eksperti Məmməd Abdulrahibov 7 aylıq hamilə olan 15 yaşlı şagirdin bakirə olduğu haqda rəy verib. Hadisə ilə bağlı Şamaxı Rayon Prokurorluğunda cinayət işi açılıb. Araşdırma gedir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 347

Oxşar yazılar