Şabranda yanğın hadisəsi qeydə alınıb.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Şabran rayonu, Çölquşçu kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 83 kv.m olan birmərtəbəli 3 otaqlı evin bir otağının yanar konstruksiyaları və ev əşyaları 15 kv.m sahədə yanıb və yüksək temperaturdan evin lambirdən ibarət tavanı 83 kv.m sahədə əriyib.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.