<b>Şabranda 200 ha ərazi yanıb </b> - <span style="color:red;">YENİLƏNİB
07 iyul 2016 18:12 (UTC +04:00)

Şabranda 200 ha ərazi yanıb - YENİLƏNİB

0

 

Şabran rayonunda geniş ərazidə başlayan yanğını söndürmək mümkün olub.

 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, rayonun Taxtalar kəndində 200 hektar ərazi yanıb. Bunun 130 hektarı kol-kos və 70 hektarı isə biçilmiş taxıl zəmisidir. Əraziyə cəlb olunan Şabran Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası yanğını söndürüb və meşə zolağına keçməsinin qarşısını alıb. 

 

***

 

14:36

 

Şabran rayonunda geniş ərazidə yanğın başlayıb.

 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Taxtalar kəndi ərazisində qeydə alınıb. Kənd ərazisində quru kol-kos sahəsində başlayan yanğın qəbiristanlığa keçib. Əraziyə Şabran Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.

 

Yanğın nəzarətə götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 376

Oxşar yazılar