Avtomobil qaçıran keçmiş məhkum saxlanıldı
19 iyun 2019 15:40 (UTC +04:00)

Avtomobil qaçıran keçmiş məhkum saxlanıldı

0
İyunun 18-nə keçən gecə Nərimanov rayonu A.Nemətulla küçəsindən Bakı şəhər sakini N.Şirəliyevə məxsus “VAZ-2106” markalı avtomobil qaçırılıb.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Nərimanov rayon Polis İdarəsi 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunmuş N.Ağamuradov həmin gün saat 15 radələrində Abşeron rayonu ərazisində avtomobillə birgə saxlanılıb.
 
Araşdırma aparılır.
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 610

Oxşar yazılar