Sabirabadda ev, Sumqayıtda kafe yandı
24 dekabr 2015 22:53 (UTC +04:00)

Sabirabadda ev, Sumqayıtda kafe yandı

Sabirabad və Sumqayıtda yanğın hadisəsi qeydə alınıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Sabirabad rayonunda yanğın Kürkəndi kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 240 kv.m olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət yaşayış evində baş verib. Nəticədə evin 1 otağının tavanı 18 kv.m yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.  

 

Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan kafenin dam örtüyü 1 kv.m sahədə yanıb. Kafenin qalan hissəsi yanğından mühafizə olunub.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 211
avatar

Oxşar yazılar