Məhkəmə keçmiş deputat oğlunun cəzasını azaltmadı
12 noyabr 2015 10:38 (UTC +04:00)

Məhkəmə keçmiş deputat oğlunun cəzasını azaltmadı

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Şaiq Hüseynovun şikayəti üzrə apellyasiya şikayətinə baxılıb.

 

Lent.az-ın məhkəmənin saytına istinadən məlumatına görə, hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən şikayət təmin olunmayıb. Birinci instasiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

 

Qeyd edək ki, Şaiq Hüseynov 2014-cü ilin aprel ayında həbs edilib.

 

Sabunçu rayon, Bakıxanov qəsəbə sakini, 1977-ci il təvəllüdlü Səfərova Şölə Mirzəkişi qızı hüquq-mühafizə orqanlarına müraciət edərək 70 min manat pulunun Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin Xətai rayon şöbəsinin keçmiş icra məmuru Şaiq Hüseyn tərəfindən dələduzluq yolu ilə mənimsənildiyini bildirib. Qadın bildirib ki, qardaşı bir müddət əvvəl həbs olunub. Qardaşının həbsdən azad edilməsi və ya cəzasının yüngülləşdirilməsi məqsədilə məhkəmə icraçısı işləyən ədliyyə kapitanı Hüseyn Şaiq Şadman oğlu ilə tanış olub. Ş.Hüseyn qadını ona kömək edəcəyinə inandırıb və ümumilikdə 70 min manat pul alıb. Lakin üstündən 1 ilə yaxın vaxt keçməsinə baxmayaraq, dediklərinə əməl etməyib. Ş.Səfərova daha sonra pulu geri istəsə də buna nail ola bilməyib.

Şaiq Hüseyn bu il Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. Şaiq Hüseyn hökmlə razılaşmayaraq apellyasiya şikayəti verib.

Onu da qeyd edək ki, Şaiq Hüseyn keçmiş deputat, mərhum Şadman Hüseynin oğludur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 137
avatar

Səlcuq Elçin

Oxşar yazılar