Avqustun 21-dən etibarən Azərbaycanda hava şəraiti dəyişəcək, havanın temperaturu bu günlərə nisbətən Bakıda və Abşeron yarımadasında 4-5 dərəcə aşağı enərək iqlim normasına yaxınlaşacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva APA-ya açıqlamasında deyib ki, avqustun 23-ü gündüzədək ölkə ərazisində nisbətən küləkli hava şəraiti müşahidə olunacaq. Bu o deməkdir ki, avqustun 24-dək ölkə ərazisində havanın temperaturu iqlim norması daxilində olacaq.
Yaxın 2-3 gün ərzində havanın temperaturu Abşeron yarımadasında 32-35 dərəcədən yüksək olmayacaq. Paytaxtda havanın temperaturunun enməsi şimal küləyinin güclənməsi ilə bağlıdır. Avqustun 21, 22 və 23-də gecə və səhər saatlarında şimal küləyinin sürəti artacaq və saniyədə 15-20, bəzi ərazilərdə 25 m/s-dək güclənəcək.
U. Tağıyeva qeyd edib ki, əvvəldən verilən xəbərdarlığa əsasən, avqustun 20-si də daxil olmaqla ölkə ərazisində anomal isti hava şəraiti hökm sürəcək.
Avqustun 21-dən isə havanın temperaturu iqlim normasına yaxınlaşacaq.
Ötən gün ərzində paytaxtda havanın temperaturu iqlim normasında 5 dərəcəyədək yuxarı olub