
Mayın sonuncu gününün HAVA PROQNOZU açıqlandı
Sabah ölkə ərazisində müşahidə olunacaq hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim şimal küləyi əsəcək.
Havanın temperaturu gecə 18-20, gündüz 26-29, Bakıda gecə 18-20, gündüz 27-29 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında sabah əksər rayonlarda hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 15-20, gündüz 28-33, dağlarda gecə 9-14, gündüz 16-21 dərəcə isti təşkil edəcək.
Oxşar yazılar

Bakıda azyaşlı qızına işgəncə verən ana axtarışa verildi - VİDEO - YENİLƏNİB
4 mart 2025 , 20:22
Acun Ilıcalı və Sadettin Sarana qarşı iddianamə hazırlandı - Qanunsuz mərc oyunlarına görə
4 mart 2025 , 19:44
Ağdamda evdən meyit tapıldı
4 mart 2025 , 19:43
Məktəblilər gənc oğlanı soyundurub döydülər
4 mart 2025 , 18:05
Lənkəranın icra başçısı ona sui-qəsddə ittiham olunanın məhkəməsinə ÇAĞIRILDI
4 mart 2025 , 17:30
Azərbaycandan çıxmaq istəməyən 59 miqrant saxlanıldı
4 mart 2025 , 17:09
İranda kişilərin qarşısında oxuyan qadın müğənni saxlanıldı
4 mart 2025 , 16:09