Saatlı sakinindən marixuana götürüldü
23 sentyabr 2016 00:36 (UTC +04:00)

Saatlı sakinindən marixuana götürüldü

0

Saatlı sakinindən narkotik vasitə olan qurudulmuş marixuana götürülüb.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Saatlı polisi tərəfindən həyata keçirilən əməliyyat zamanı narkotik vasitə aludəçisi olan Saatlı rayonu Fətəlikənd sakini, 1979-cu il təvəllüdlü Bulkvadze Qəzəli Zeynali oğlu saxlanılıb. Onun yaşadığı ünvanda polietilen torbalara qablaşdırılmış, ümumi çəkisi 409.88 qram qurudulmuş marixuana aşkar edilib. Məlum olub ki, Q.Bulkvadze narkotik vasitəni bir neçə müddət öncə çöl sahədən kanal qırağından tapıb. Daha sonra əldə etdiyi toxumları əkərək aqrotexniki qaydada qulluq edərək yetişdirib.

 

Faktla bağlı Saatlı rayon polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 396

Oxşar yazılar