Rüşvət almaqda təqsirləndirilən sabiq polis:<span style="color:red;"> “Şər atırlar”
28 fevral 2019 13:02 (UTC +04:00)

Rüşvət almaqda təqsirləndirilən sabiq polis: “Şər atırlar”

Rüşvətə təhrik etmə və dələduzluqda təqsirləndirilən Zakir Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

 

Lent.az-ın məlumatına  görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

 

Z. Məmmədov özünü təqsirli bilməyib və bildirib ki, ona şər atılır.

 

Sonra şahid qismində tanınan Elvar Xəlilov ifadə verib. Onun sözlərinə görə, 2017-ci ildə iki nəfərin şikayəti əsasında dələduzluqda ittiham edilib və həbs olunub. Pul müqabilində həbsdən azad ediləcəyi vədini aldıqdan sonra, E. Xəlilov təqsirləndirilən şəxsə barəsində açılmış cinayət işinə xitam verilməsi üçün 4 min manat pul verib: "Bu pulu bacım vasitəsilə Zakirə vermişəm. Bir il süründüm, amma nə pulumu qaytardılar, nə də işi həll etdilər. Vüqar Abbasova 85 min manat pul verdim, amma o, ölkədən qaçdı".

 

 

Proses martın 7-dək təxirə salınıb.

 

Qeyd edək ki,  Z.Məmmədov Qaradağ Rayon Polis İdarəsində işləyən zaman tanışı, həmin zaman həbsdə olan Elvar Xəlilov ona zəng edib. E.Xəlilov zəng edən zaman həyat yoldaşından 4 min manat pulu götürərək, onunla birgə aparıb Səbail Rayon Polis İdarəsinin sabiq müstəntiqi Vüqar Abbasova verməsini xahiş edib. Z.Məmmədov da onun xahişini yerinə yetirib.

 

Bir müddət keçəndən sonra V.Abbasov iş adamı, "Yeganə" şadlıq sarayının rəhbəri Akif Rəhimovun qəza törətmiş oğlu Rəhim Rəhimovun cinayət işi ilə bağlı vəzifəsindən kənarlaşdırılıb. Daha sonra o, ölkədən qaçıb.

 

E.Xəlilov həbsdən çıxandan sonra Z.Məmmədovdan hüquq-mühafizə orqanlarına şikayət edib.

 

Z.Məmmədovun barəsində dələduzluq və rüşvətə təhrik etmə maddələri ilə cinayət işi başlanılıb. Məhkəmə qərarı ilə onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

 

E.Xəlilov iş üzrə şahid qismində tanınır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 595

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15