Rüsvay edəcəyi ilə hədələyib pul alarkən...
05 avqust 2015 12:32 (UTC +04:00)

Rüsvay edəcəyi ilə hədələyib pul alarkən...

0

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Qax RPŞ əməkdaşları şantajla məşğul olan şəxsi yaxalayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, birgə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Ucar rayon sakini əvvəllər məhkum olunmuş Elxan Bəkirov Qax şəhər sakini 35 yaşlı A.N barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib 1500 manat alarkən saxlanılıb.

 

Araşdırmalar davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 422

Oxşar yazılar