
Rusiyada azərbaycanlılarla özbəklər arasında KÜTLƏVİ DAVA - Səbəb bəlli oldu
Sankt-Peterburqun Vıborq rayonunda Yuxarı Suzdal gölü yaxınlığında çimərlikdə kütləvi dava baş verib.
Lent.az Rusiya KİV-ə istinadla xəbər verir ki, bir nəfəri rus olmaqla təxminən 20 nəfər azərbaycanlı və özbəkistanlı əlbəyaxa olub.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib. İlkin məlumatlara görə, yeddi nəfər saxlanılıb.
Onlardan ikisi tibbi müayinə üçün xəstəxanaya göndərilib.
Yerli mətbuatın yazdığına görə, davanın başvermə səbəbi tərəflərdən birinin təhqiramiz ifadələr işlətməsi olub. Ağır xəsarət alanlar olmayıb.
Qeyd edək ki, davada iştirak edən 22 yaşlı yerli sakinin daha əvvəl soyğunçuluq ittihamı ilə məhkum edildiyi bildirilib.
Oxşar yazılar
Bakıda gölün ətrafında yanğın baş verdi - VİDEO
16 iyul 2025 , 03:41
Yeni sadə müalicə yüksək qan təzyiqini azalda bilər
16 iyul 2025 , 02:27
Cəlilabadda dağlıq ərazi yanıb, bir nəfər tüstüdən boğulub - VİDEO -YENİLƏNİB
15 iyul 2025 , 21:02
Şirvanda kişi yaşadığı evin həyətində ölü tapıldı
15 iyul 2025 , 19:33
Erməni konyaklarının 85 faizi saxta çıxdı - BÖYÜK ARAŞDIRMA
15 iyul 2025 , 18:11
“Roşka” ləqəbli tiktokerin məhkəməsi başladı
15 iyul 2025 , 18:07
Bəy-gəlindən başqa hamı o tortdan zəhərləndi
15 iyul 2025 , 17:57