Vəkil Bəhruz Bayramov Zərdab rayon Prokurorluğunun sabiq müstəntiqi, həbsdə olan Rüfət Səfərovla görüşüb.
APA-nın məlumatına görə, bu barədə R. Səfərovun atası Eldar Sabiroğlu “facebook” sosial şəbəkəsində məlumat yayıb. O, R. Səfərovun Bakı İstintaq təcridxanasında saxlanıldığını, hər hansı şikayətinin olmadığını bildirib.
Qeyd edək ki, yanvarın 15-də Binəqədi rayon Məhkəməsinin qərarı ilə R. Səfərov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Məhkəmənin qərarına əsasən R. Səfərov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilir.