İspaniyanın “Real” klubunun futbolçusu Kriştianu Ronaldu Avropada ilin oyunçusunun mükafatlandırma mərasiminə qatılmayacaq. Lent.az-ın “AS” nəşrinə istinadən verdiyi məlumata görə, portuqaliyalı hücumçu Monakodakı tədbirə getməkdənsə, La Korunya şəhərinə yollanmağı üstün tutub.
Həmin şəhərdə Gerrero kuboku uğrunda keçiriləcək matçda “kral klubu” “Deportivo”nun qonağı olacaq və Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.
Qeyd edək ki, Avropanın ən yaxşı futbolçusu adına Kriştianu Ronaldudan əlavə, Lionel Messi (“Barselona”, Argentina) və Frank Riberi (“Bavariya”, Fransa) də namizəddir.