
Yol polisi reyd keçirdi: 300 sürücü saxlanıldı
Qusar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən “Təmiz hava” aylığı çərçivəsində rayon ərazisində reyd keçirilib. Bu barədə Lent.az-a
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib.
Verilən məlumata görə, RPŞ-nin Dövlət Yol Polisi bölməsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı normativlərə uyğun gəlməyən nəqliyyat vasitələrinin sahibləri müvafiq qaydada cərimələniblər.
Tədbirin keçirilməsində məqsəd, atmosfer havasının avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirklənməsinə nəzarətin gücləndirilməsi və nəqliyyat vasitələrini texniki cəhətdən nasaz vəziyyətdə idarə edən şəxslər barəsində inzibati qaydada tədbirlərin görülməsi olub.
Keçirilən tədbir zamanı 300-ə yaxın sürücü saxlanılıb, avtomobillərinin ixrac etdiyi dəm qazı xüsusi qurğu ilə yoxlanılıb. Normadan artıq dəm qazı olan 25
avtomobilin sürücüsü barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokollar tərtib edilib. Bundan əlavə DYP-nin inspektorları sürücülərlə profilaktik söhbətlər apararaq, onlara idarə etdikləri nəqliyyat vasitələrinin texniki vəziyyətlərinin daima saz vəziyyətdə olmasına diqqət yetirməli və istismar qaydalarına riayət etmələrinin zəruriliyini bildiriblər.
Analoji tədbirlər “Təmiz hava” aylığı çərçivəsində digər bölgələrdə də davam etdirilir.
Oxşar yazılar

Cəlilabadda FACİƏ: 8 yaşlı uşaq hasarın altında can verdi
21 aprel 2025 , 22:15
Sumqayıt tekstil fabrikində zəhərlənənlərin sayı 21 nəfərə çatdı - YENİLƏNİB
21 aprel 2025 , 20:28
14 yaşlı qız tualetdə doğduğu körpəni zibil qutusuna atdı
21 aprel 2025 , 19:59
Ağcabədidə DƏHŞƏT: Küçədəki ağacdan özünü asdı
21 aprel 2025 , 19:20
Dəvəquşu fermasının sahibi özünü güllələdi
21 aprel 2025 , 19:17Göygöldə 43 yaşlı kişi fermada FACİƏLİ şəkildə öldü
21 aprel 2025 , 18:01
Bakıda marketdən 1500 manatlıq araq oğurladı, tutuldu
21 aprel 2025 , 17:04