Ədliyyə Nazirliyi Penitensiar xidmətin 14 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi təqaüdə göndərilib.
Bu barədə APA-ya hüquq-mühafizə orqanlarından bildirilib. Müəssisənin rəisi Nazim Kəngərlinin ədliyyə orqanlarında qulluqkeçmə yaş həddinə çatması ilə əlaqədar təqaüdə göndərildiyi bildirilir.